AUİB əməkdaşları üçün təlim keçirilib

Baxılıb:138
AUİB əməkdaşları üçün təlim keçirilib

Bu ilin yanvar ayında “Azərbaycan Uşaqları” İctimai Birliyinin əməkdaşları üçün “Sosial iş üzrə ictimai təşkilatın fəaliyyətının effektiv təşkili” mövzusunda təlimlər keçirilib.

Təlimçi Fuad Dərgahlı iştirakçılara ictimai təşkilatın fəaliyyətinin effektiv idarəedilməsi, layihələrin yazılması və icrası, maliyyə vəsaitlərinin axtarışı, kraudfandinq və fandreyzinq mövzuları haqqında ətraflı məlumat verib.

Təlimlərdə kiçik və böyük qruplarda iş,təqdimetmə, mövzu üzrə tapşırıqlar,oyunlar və digər təlim metodikalarından istifadə edilmişdir.

Təlimin nəticəsi olaraq dinləyicilər sosial iş üzrə ictimai təşkilatın fəaliyyətının effektiv təşkili metodlarına,layihələrin hazırlanması,maliyyə vəsaitlərinin əldə edilməsi yolları barədə bilik və bacarıqlara yiyələndilər.

Fevral ayında təlim iştirakçıları ilə qeyd edilən mövzu üzrə fərdi və qrup şəklində məsləhətlər nəzərdə tutulub.


Abunəlik