Uşaq sığınacağının uşaqları və müəllim heyəti Uels-İsveçrə matçına izləmə şansı qazanıblar-FOTOLAR
AzTimes.az xəbər verir ki, LU-MUN holdingin təşkilatçılığı ilə Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq sığınacağı -Reinteqrasiya mərkəzinin uşaqları və müəllim heyəti Avropa çempionatının A qrupunun Bakı Olimpiya Stadionunda keçirilən Uels-İsveçrə matçına izləmə şansı qazanıblar. Körpələr və müəllim heyəti qardaş ölkə Türkiyəyə dəstək nümayiş etdirərək türk millisinin formasını geyiniblər.
Oyunda qalib müəyyənləşməyib , qızğın gedən oyunda qarşılıqlı qollar nəticəsində hesab 1:1 olub.
Foto: Rüfət Zəkizadə,AzTimes.az