Tələbə adını qazanmaq istəyənlərin DİQQƏTİNƏ

Baxılıb:127
Tələbə adını qazanmaq  istəyənlərin  DİQQƏTİNƏ

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, 28 avqust saat 9:00-a olan məlumata əsasən, I-V ixtisas qrupları üzrə 67 625 abituriyent ərizəsini təsdiq edib.

1 180 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib.

İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.


Abunəlik