ReAL-ın real şərhini Rəşad Bakinsky verdi-MÜSAHİBƏ

Baxılıb:299
ReAL-ın real şərhini Rəşad Bakinsky verdi-MÜSAHİBƏ

Son zamanlar müxalifət cəbhəsində baş verən mübahisələr demək olar ki, bütün sosial şəbəkələri zəbt edib. Hər gün xəbər lenti şərhlərində mübahisələrin getdiyi,təhqirlərin göydə uçuşduğu  ən azından bir neçə statusa  rast gəlmək olur. Hətta bir müddət öncə gərginlik o həddə çatdı ki, ReAL sədri İlqar Məmmədov şəxsən özü facebook sosial şəbəkəsində razborşik məhlə uşaqları kimi hər kəslə mübahisə etməyə,söhbət xırdalamağa başladı. Səbrini və fikrini çatdıra bilmədiklərinisə bloka atmaqla “söhbət”i bağlamış oldu. Bütün bu hadisələrin cərəyanı zamanı AXCP sədri Əli Kərimli isə öz təmkininə sığındı, bu bazar  və küçə davalarını xatırladan  proseslərdən tam kənarda qalıb sadəcə izləmə mövqeyində dayandı. Fikrimcə bu nümunəvi gediş idi. Ən azından Kərimli partiya rəhbəri və siyasətçi üçün qızıl qayda olan soyuqqanlılıq və səbr nümayiş etdirə bilmişdi. olanları tamaşaçı qismində izləyən vətəndaşınsa bu müxalifəti seyr edərkən beynində müxtəlif suallar yaranır. İlqar Məmmədovu yalan deyərəm, imanımı yandıra bilmərəm. Amma Əli Kərimli və Cəmil Həsənliyə bir neçə dəfə müraciət etsəm də açıqlama vermək istəmədikləri üçün mən də bu proseslərə mənim kimi seyrci qalan , keçmiş ReAL üzvü, blogger , bir çoxlarınızın cəsarətli statuslarına like verməyə belə cəsarət etmədiyi Rəşad Bakinskyə müraciət etdim. Həmin müsahibəni olduğu kimi sizə təqdim edirəm:Related image

1 İlqar Məmmədovun həbs olunduğu dövr ərzində olan populyarlığını nə ilə əlaqələndirirsiniz?

Həbs olunan şəxslər daha çox diqqət mərkəzində olur. İlqar Məmmədov kimi partiya sədrini kənara qoysaq, misal üçün, heykəl dustağlarını nəzərinizə çatdırmaq istəyirəm. Onlar həbs olunmadan öncə elə də tanınmış və özlərini isbat etmiş biriləri deyildi. Düşünürəm, ona  görə də İlqar Məmmədov bilərəkdən və İlqarın öz razılığı ilə həbsə düşmüşdü. Təsəvvür edin ki, İlqar Məmmədov həbs olunmayıb və yadda qalan ANS çıxışı idi ki, ondan başqa heç bir əsaslı və tutarlı fikir səsləndirməyib heç harda. Lakin, həbs olundu deyə  hamını(məni də belə) özünə inandırdı və özündə sınmaz və sarsılmaz lider imici yarada bildi.

2. Son zaman ReAL partiyasının aldığı konstruktiv qərarlar onların müxalif imicini zərbə altında qoyurmu?

  Son zamanlar ReAL partiyasının yolu dırnaq arası hakimiyyətə dəstək yolundan başqa bir şey deyil. Doğrudur, bəzən barıtı çox olan çıxışlar edir ki, müxalifət olduğunu unutdurmasın. Təsəvvür edin ki, müxalifət partiyası ölkədə keçirilən seçkiləri şəffaf hesab edir və seçkiyə qatılmaq üçün hər kəsi mübarizəyə səsləyir. Daha yaxşı olardı ki, digər özlərini ispat etmiş müxalifət liderləri kimi radikal olaraq hakimiyyətə düşmən olsun və radikal üsullar ilə hakimiyyəti devirmək üzrə mübarizə aparsın. Bələdiyyə seçkiləri tələb edir ki, küçələrdəki zibilləri təmizləsin? Azərbaycanda bələdiyyə zibil təmizləməkdən başqa nə işə yarayır ki, o dərəcədə ciddiyə alır bu seçkini? Seçkiyə qoşulmasının bir səbəbi var o da dünyaya ispat etmək üçündür ki, Azərbaycanda seçki var.
3. Qarşıdan gələn parlament seçkilərində ReAL-ın uğur perspektvi nə dərəcədədir?
   -Uğur deyəndə nəyi nəzərdə tutursunuz? Tutaq ki, İlqar Məmmədov deputat oldu vəssalam. İlqardan başda kim var partiyada? Düşünürəm ki, REAL-ın uğurlu olması üçün ReAL gərək digər partiyalarla birlik yaratsın. Əks halda İlqar Məmmədov bir deputat kimi Hadı Rəcəblidən fərqli biri olmayacaq.
4.Qarşıdan gələn illərdə siyasi camiyədə hakimiyyət real tandemi gözlənilirmi?
   – Üzr istəyirəm amma bu sual bugünkü ReAL-a aid deyil. ReAL partiyasının inkişafı üçün ilk öncə İlqar Məmmədovun səmimiyyətinə xalq inanmalıdır ki, hakimiyyətə ReAL alternativ olsun.
5. ReAL-çılarla AXCP-nın söz və söyüş güləşi parlament seçkilərində onların qələbə arzusuna necə təsir edə bilər?
   -ReAL da AXCP də bir biriləri ilə didişmələrinin yaxından şahidiyəm. Yaxın günlərdə xoşa gəlməz hallar ilə rastlaşmışdım. Sözünün həqiqi mənasında yazdığım bir yazının altında (komentlərdə) qırğın gedirdi. Təbii ki, hakimiyyət nümayəndələri də bunu izləyir və öz istəklərinə çatdıqlarının şahidi oldu.
6. Sizin İlqar Məmmədovla bağlı maraqlı yazınız istər ReAL istər AXCP cəbhəsində böyük ajataj doğurdu. Sizcə qalan kartları açmağın zamanı deyilmi?))
  -Mən boş yerə o yazını yazmamışam. İlqar Məmmədov bütün günü prezident İlham Əliyevi debata səsləmir? Demir ki, debat bir mədəniyyətdir? Ona  görə  də mən o yazını yazdım ki, İlqar Məmmədov şəxsən özü mənimlə debata çıxsın və bütün kartları açacam. Doğrudur, tərəfdarları yazır ki, sübut elə falan. Amma əslində mən heç kəsə sübut etmək məcburiyyətində deyiləm. İddiam İlqarın özünə aiddir və düşünürəm ki, dediklərimin yalnış olduğunu ispat etmək üçün məsələyə  şəxsən özü aydınlıq gətirməlidir və bu da onun siyasi borcudur. Hər halda mən kənardan biri deyiləm. Mən o iddiaları ReAL-çı olduğum müddətdə etmişəm və öz sədrimdən cavab tələb etmişəm. Odur ki, İlqar Məmmədov dediyim kimi xain deyilsə, məcburdur ki, mənimlə debata çıxsın.
6 . Bir sual da AXCP ilə bağlı olacaq. Bir neçə gün öncə AzTimes.az saytında Ə.Elçibəydən ən son müsahibə almış jurnalist (ans) Etibar Məmmədovun xatirələri yayıldı. Orada qeyd olunurdu ki, Ə. Elçibəy  Ə. Kərimlini dolayı yolla xalqın və özünün düşməni adlandırıb. Amma cəbhəçilər iddia edirlər,(kommentlərdə) Elçibəy demişdir ki, “Mən yerimə real namizəd Ə. Kərimlini görürəm.” Sizcə bu fikirlərdən hansı daha ağlabatandır?
  -İndi cavab versəm deyəcəklər ki, Rəşad AXCP-ə qoşulmaq istəyir. İlk öncə onu qeyd etmək istəyirəm ki, bundan sonra heç bir siyasi partiyaya qoşulan deyiləm. Sualınıza qaldıqda isə, kimin faktı var ki, Əbülfəz Elçibəy belə bir iddia edib? Keçmişə baxsaq onu görə bilərik ki, Əbülfəz Elçibəyin son günlərinə kimi yanında olan bir tək Əli Kərimli oldu. Doğrudur, aralarında münaqişə olub o da ona görə ki, Əli Kərimli etiraz etmişdi Heydər Əliyevin vəzifəyə gətirilməsində və bilirdi ki, Heydər Əliyevi hakimiyyətə dəvət etmək  hakimiyyəti əldən vermək deməkdir ki, elə də oldu. Düşünürəm ki, Əli Kərimli heç vaxt Əbülfəz Elçibəyə xəyanət etməyib əksinə daim onun yanında olub və bugün də onun tutduğu yolu daha müasir yol ilə davam etdirir.
-Maraqlı müsahibə üçün sizə minnətdarıq.
  -Buyurun.
Bu  bir vətəndaş mövqeyidir.
 Pərvin Abışova/AzTimes.az/

 


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir