ReAL-ın real şərhini Rəşad Bakinsky verdi-MÜSAHİBƏ
Son zamanlar müxalifət cəbhəsində baş verən mübahisələr demək olar ki, bütün sosial şəbəkələri zəbt edib. Hər gün xəbər lenti şərhlərində mübahisələrin getdiyi,təhqirlərin göydə uçuşduğu ən azından bir neçə statusa rast gəlmək olur. Hətta bir müddət öncə gərginlik o həddə çatdı ki, ReAL sədri İlqar Məmmədov şəxsən özü facebook sosial şəbəkəsində razborşik məhlə uşaqları kimi hər kəslə mübahisə etməyə,söhbət xırdalamağa başladı. Səbrini və fikrini çatdıra bilmədiklərinisə bloka atmaqla “söhbət”i bağlamış oldu. Bütün bu hadisələrin cərəyanı zamanı AXCP sədri Əli Kərimli isə öz təmkininə sığındı, bu bazar və küçə davalarını xatırladan proseslərdən tam kənarda qalıb sadəcə izləmə mövqeyində dayandı. Fikrimcə bu nümunəvi gediş idi. Ən azından Kərimli partiya rəhbəri və siyasətçi üçün qızıl qayda olan soyuqqanlılıq və səbr nümayiş etdirə bilmişdi. olanları tamaşaçı qismində izləyən vətəndaşınsa bu müxalifəti seyr edərkən beynində müxtəlif suallar yaranır. İlqar Məmmədovu yalan deyərəm, imanımı yandıra bilmərəm. Amma Əli Kərimli və Cəmil Həsənliyə bir neçə dəfə müraciət etsəm də açıqlama vermək istəmədikləri üçün mən də bu proseslərə mənim kimi seyrci qalan , keçmiş ReAL üzvü, blogger , bir çoxlarınızın cəsarətli statuslarına like verməyə belə cəsarət etmədiyi Rəşad Bakinskyə müraciət etdim. Həmin müsahibəni olduğu kimi sizə təqdim edirəm:
1 İlqar Məmmədovun həbs olunduğu dövr ərzində olan populyarlığını nə ilə əlaqələndirirsiniz?
Həbs olunan şəxslər daha çox diqqət mərkəzində olur. İlqar Məmmədov kimi partiya sədrini kənara qoysaq, misal üçün, heykəl dustağlarını nəzərinizə çatdırmaq istəyirəm. Onlar həbs olunmadan öncə elə də tanınmış və özlərini isbat etmiş biriləri deyildi. Düşünürəm, ona görə də İlqar Məmmədov bilərəkdən və İlqarın öz razılığı ilə həbsə düşmüşdü. Təsəvvür edin ki, İlqar Məmmədov həbs olunmayıb və yadda qalan ANS çıxışı idi ki, ondan başqa heç bir əsaslı və tutarlı fikir səsləndirməyib heç harda. Lakin, həbs olundu deyə hamını(məni də belə) özünə inandırdı və özündə sınmaz və sarsılmaz lider imici yarada bildi.
2. Son zaman ReAL partiyasının aldığı konstruktiv qərarlar onların müxalif imicini zərbə altında qoyurmu?