Polis əməkdaşı yol-nəqliyyat hadisəsində ağır yaralandı

Baxılıb:160
Polis əməkdaşı yol-nəqliyyat hadisəsində ağır yaralandı

Xızı rayonunda polis əməkdaşı yol-nəqliyyat hadisəsində ağır yaralanıb.

İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Məmməd Rafael oğlu Kərimov ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin yarıdımı ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Məmməd Kərimov polis əməkdaşıdır.


Abunəlik