Paşinyan Qazaxa gəldi: 4 kənd qaytarılır – FOTO

Baxılıb:46
Paşinyan Qazaxa gəldi: 4 kənd qaytarılır – FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinə gəlib.

Erməni baş nazir Qazaxın işğal altında qalan kəndlərində məskunlaşdırılan ermənilərlə görüş keçirir.

Paşinyanın görüşünə Bağanis Ayrım və Aşağı Əskipara kəndlərinin bəzi yaşayış məntəqələrində məskunlaşan ermənilər qatılıb.

Nikol Paşinyan mətbuat konfransının sonunda anklav olmayan 4 kəndin – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli – qaytarılacağının anonsunu verib. Onun Qazaxın kəndlərinə səfəri də əhaliyə bu reallığı izah etmək məqsədi daşıyır.


Abunəlik