Pərvin Abışova – İntizar

Baxılıb:357
Dünən ad günümdü-ən şad günümdü
Gözüm səni gəzdi, sən gəlməsən də
Hamının dilində mənim söhbətim ,
Mən səndən danışdım-sən bilməsn də
Məni təbrik edib alqışladılar
Bacım eyham atdı”Gəlin olasan”
İçimdən bir həzin gizilti keçdi,
Tez arzu tutdum ki, bəyim olasan.
Nə gözəl ərmağan vetdin sən mənə
Hədiyyə umduğum doğum günümdə
Dərin həsrət ilə baxdım üzünə,
Yanında başqası durdun önümdə
Verdiyin vədəni nə tez unutdun
Görəndə yanımdan ötdün yad kimi.
Sevgini tulladın, şəhvəti tutdun
Ona təzim etdin Şəhrizad kimi

Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir