Onların təhsil arzusu gerçəkləşdi

Baxılıb:170
Onların təhsil arzusu gerçəkləşdi

AUİB nin Uşaq Sığınacağından 4 nəfər uşaq fərdi təhsilə başladı.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciəti əsasında Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçən həssas qrupdan olan 4 nəfər uşaq fərdi təhsilə cəlb edilib.

Fərdi təhsilə cəlb edilən uşaqlar 13, 15 və 16 yaşlarındadır.Onlar ilkin olaraq tam orta məktəbdə ibtidai təhsilə başlayıb.Bu gün onların ilk dərs günü keçirilib.

Uşaqlarımızın təhsilə cəlb edilməsində göstərdiyi operativ qərara görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Bakı Şəhər Baş Təhsil İdarəsinə təşəkkürümüzü bildiririk.


Abunəlik