Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qanunsuz tikintini dayandırdı

Baxılıb:151
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qanunsuz tikintini dayandırdı

AzTimes.az bildirir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilmiş və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti və Bəhruz Nuriyev küçəsinin kəsişməsində piyada səkisinin zəbt edilərək (50 kv.m sahədə) yerində qanunsuz parklanma yerinin tikintisi faktı aşkarlanmışdır.Nəticədə Baş İdarə və müvafiq rayon icra hakimiyyəti tərəfindən sözügedən ünvanda aparılan işlər dayandırılmış və piyada səkisi bərpa edilmişdir.Şəhərlərimizin nəbzinin qorunmasında biganə olmayan vətəndaşlarımıza təşəkkür edirik.


Abunəlik