“OBA”da vaxtı keçmiş məhsullar ENDİRİMƏ QOYULUR – BU DA FAKT!!!

Baxılıb:118
“OBA”da vaxtı keçmiş məhsullar ENDİRİMƏ QOYULUR – BU DA FAKT!!!

Ölkədə ayrı-ayrı ticarət şəbəkələrinin sırf nəzarətsizlik səbəbindən müştərilərə qarşı az qala qənim kəsilmələri bir faktdır. Elə bu qəbildən onlarla şikayəti təqdim etsək də, İqtisadiyyat Nazirliyi və bu quruma aid müvafiq strukturlar gərəkən reaksiyanı verməyiblər. Bu səbəbdən də şikayətlər davam edir… Çünki özbaşınalıqlar davam edir.

“Müştəriyəm Şikayətçiyəm” sosial qrupundakı paylaşımında Abbasova U. adlı istifadəçi bildirir: “”Oba”dan endirimdə olan 2 plitka “Alpen Gold” aldım.

Xarab çıxdı ikisi də…. Əldə ovulur. Bəlkə qurd da var içində…”

Daha sonra narazı vətəndaş fotoları təqdim edir.

Məsələ ilə bağlı  qarşı tərəfi də dinləməyə hazırıq…

dia.az


Abunəlik