Münxendə Paşinyana əmr verilib: Rusiyanı ölkədən çıxart, Azərbaycanla…

Baxılıb:78
Münxendə Paşinyana əmr verilib: Rusiyanı ölkədən çıxart, Azərbaycanla…

Münxen səfərindən sonra Ermənistanda yeni anti-Rusiya əhval-ruhiyyəsi yaranacaq və teldən asılı olan Ermənistan-Rusiya münasibətlərini kökündən pozmağa, Rusiyanı Ermənistandan birdəfəlik sıxışdırmağa cəhd ediləcək.

Belə iddianı “Hraparak” irəli sürüb. Saytın məlumatına görə, rəsmi mənbələr Qərbin belə bir tələb irəli sürdüyünü, bunun müqabilində Azərbaycanın ambisiyalarının qarşısını alacaqlarını bildiriblər.

“Paşinyanın Münxendə erməni icmasının nümayəndələri ilə görüşündə “Mən çoxdan deyirdim ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu, bizim səmimi mövqeyimizdir” deməsi də bunun təzahürü hesab olunur”, – sayt qeyd edib.

Əslində bu iddianın bəzi məqamlarında həqiqət payı var. Qərb Azərbaycana heç bir şəkildə təzyiq edə bilməz, bunu İlham Əliyev dəfələrlə vurğulayıb. Çünki Azərbaycanın tələbləri beynəlxalq öhdəliklər çərçivəsindədir.

Amma Qərb Paşinyandan konkret seçim etməsini tələb edə bilər: Ya biz, ya da Rusiya.

Təbii ki, Qərbin dəstəyi ilə hakimiyyətə gələn birinin qarşısında hansısa öhdəliklərin qoyulması təəccüblü deyil.


Abunəlik