Müğənni Rəqsanə, həmkarı Tünzalə Ağayevanı biyabır etdi. “O Xalq Artisti adını sənə niyə veriblər”

Baxılıb:182
Müğənni Rəqsanə, həmkarı Tünzalə Ağayevanı biyabır etdi. “O Xalq Artisti adını sənə niyə veriblər”

Hanı mənim o müğənni dostlarım?! Məmur toylarında 14-15 min dollara mahnı oxuyurdunuz. Nə olar ki, 10 nəfər bir araya gəlin. Elə təkcə Kamil, Tolik kömək etməlidir?! O toyların pulunun yarısını, Azərbaycan xalqına xərcləyin.
Yığmaqla hara aparacaqsınız. Bu dünyadan 1 metr ağ aparacaqsınız, ya da aparmayacqsınız. Toylarda mahnı oxuyub cibinizə pulu qoya bilirsiniz?!”
AzTimes.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova İnstaqram hesabında canlı yayıma bağlanarkən qeyd edib. Sənətçi həmkarlarının karantin rejimində insanlara yardım etməməsini təndiq edib. İsmayılovanın hədəflərindən biri isə Xalq artisti Tünzalə Ağayeva olub: “Xalq artisti adını sizə niyə görə veriblər? Bu xalqın sevimlisi olduğuna görə. Xalq artisti adını alanlar, köməklik edin. Bu günlərdə həmrəy olun. Evdə oturub, şokolad mağazası açmaqla deyil. Əziz Tünzalə xanım, şokolad mağazası açmısan, halal-halal xoşun olsun. Mən sənin sənətini də, özünü də çox istəyirəm. Müğənnilərin evlərinə şokolad paylayıb, reklam etməkdənsə, səni Xalq artisti adına layiq görən bu millətin evinə payla, qoy kiminsə balasının ağzı şirin olsun. Müğənni onsuz da hər gün şokolad yeyir, onların şokolada ehtiyacı var? Bağlatdır 10 qutu, göndər 10 nəfər yetimin evinə. Sizin onsuz da yetərincə reklamınız var”./7 gun.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir