Əyalətə yasa gedən 15 nəfərdə koronavirus aşkarlandı

Baxılıb:197
Əyalətə yasa gedən 15 nəfərdə koronavirus aşkarlandı

Yasa gedən 15 nəfərdə koronavirus aşkarlanıb.
AzTimes.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, xərçəngdən ölən şəxsin yasına gedən şəxslər bir birinə koronavirus yoluxdurublar.
Yeni Şafak-ın yazdığına görə, Türkiyənin Mardin vilayətinin Eymirli kəndi karantinə alınıb. Buna səbəb İzmirdə ölən şəxsin cəsədinin dəfn edilmək üçün Mardinə aparılması olub.
Yas mərasimində iştirak edən koronaviruslu şəxs 14 nəfəri də bu virusa yoluxdurub. Onlar arasında kəndin muxtarı da var./milli .az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir