Maqsud Mahmudov təhqir etdiyi şəhid ailəsindən üzr istədi-VİDEO

Baxılıb:479
Maqsud Mahmudov təhqir etdiyi şəhid ailəsindən üzr istədi-VİDEO

Bir neçə gün öncə sosial şəbəkələrdə  “viner” Səbuhi Xanlarovla canlı yayım açaraq 20 noyabr 1991-ci ildə Qarakənd səması üzərində erməni qəsbkarları tərəfindən vurulmuş helekopterdə həlak olmuş Osman Mirzəyevin həyat yoldaşı haqda xoşagəlməz ifadələr işlədən iş adamı Maqsud Mahmudov qalmaqalı media gündəmini zəbt edib. Bu  ictimaiyyət arasında güclü narazılığa səbəb oldu. Məsələni ictimailəşdirdiyim üçün M. Maqsudovla aramızda güclü konflikt də yaşandı. Amma mən israrla bildirdim ki, şəhid müqəddəsdir. Şəhidin namusu, bizim namusumuzdur.Bu günlər ərzində keçirdiyim əsəb gərginliyini, psixoloji sarsıntını düşmənimə də arzu etmirəm.  Mənə dəstək olub “yanındayıq” deyən də oldu,  “müxalifət tulası” da adlandırıldım. Amma mən əmin idim ki, düz yoldayam- Öz yolumda. Və bilirdim ki, qarşı tərəf də səhv etdiyini bilir, bunu bir gün etiraf edəcək. Nə xoş mənə ki, o gün uzaq olmadı. Maqsud Mahmudov da səhvini anladı. Anladı ki, heç bir ata-ana övladının əməlinə görə qiymətləndirilməli deyil. Heç bir övlad da valideyn səhvindən əziyyət çəkmək məcburiyyətinə məhkum. Üzr istəmək də ayıb deyil-əksinə məncə bu böyüklükdür. Biz heç bir şəhid anasının yanğısını yaşaya bilmərik. Cavan yaşda şəhid köynəyini köksünə sıxıb göz yaşlarında isladan şəhid arvadının nələr keçirdiyini bilə bilmərik. hamı ata üstünə qaçanda beli bala dərdindən əyilmiş nənə-baba ətəyinə sığınan şəhid balalarının nə hiss etdiyini bilə bilmərik. Əgər bunları bacarmırıqsa, birinə bir dəfə maddi dəstək ola bilmiriksə, göz yaşlarını silə bilmiriksə, onlara dil uzatmayaq.

Maqsud Mahmudovla şəxsi intriqam yoxdur. Olsa belə  şəxsi məsələmi qabartmağı özümə utanc bilərəm. Mən öz işimi gördüm. Əgər bir insan səhvini başa düşürsə, üzr istəyirsə bunu da ictimailəşdirmək  də vəzifəmdir. Hər hansısa müraciət olunarsa yenə işıqlandıraram, ictimailəşdirərəm. Mən mətbuatın qızıl qaydalarına əməl etməyi özümə borc bilirəm. Jurnalistəmsə, VİCDANLI, QRƏZSİZ olmaq borcumdur.  Maqsud Mahmudov şəhid xanımından üzr istədi.   Ümid edirəm ki, Səbuhi Xanlarovdan da jest gecikməyəcək .

Pərvin Abışova /Aztimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir