Qaradağ rayonunu H.Əliyev mərkəzində şəhid Rufət Zaur oğlu Səmədovun doğum günü ilə əlaqədar tədbir keçirildi

Baxılıb:341
Qaradağ rayonunu H.Əliyev mərkəzində şəhid Rufət Zaur oğlu Səmədovun doğum günü ilə əlaqədar tədbir keçirildi
AzTimes.az  xəbər verir ki, Rufət Zaur oğlu Səmədovun doğum günü ilə əlaqədar şəhidimizin əziz xatirəsinə həsr olunmuş anım günü 18. 07 2019 – cu ildə Qaradağ rayonunu H.Əliyev mərkəzində keçirildi. Tədbir dövlət himnimizin səsləndirilməsi və müqəddəs şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri aparıcısı Naidə Məmmədova bu gün ad günü olan Şəhid Rüfət Zaur oğlu Səmədovun tərcümeyi – halı haqqında qısa məlumat verdi. Şəhidin ömür yolunu əks etdirən vidioçarx nümayiş etdirildi. 1991 – cı ilin bu günü dünyaya göz açmış R.Səmədovun döyüş yolu xatırlandı. Məktəblilərin ifasında vətən və torpaqlarımız uğrunda canlarından keçmiş şəhidllərlə bağlı şeirlər söylənildi. Bədii hissə bitdikdən sonra , millət vəkili Aydın Hüseynov gənclərimizin vətənpərvərlik ruhunun artırılması üçün belə tədbirlərin tez – tez keçirilməsinin lazımlı olduğunu söylədi və bu işdə Ravin kimi gənclərə həmişə dəstək olacağını vurğuladı. Tədbirdə Müdafiə Nazirliyinin , YAP Qaradağ rayon təşkilatının məsul işçiləri də iştirak edirdi. Qarabağ qaziləri Rüxsarə Bayramqızının , Ülvü Qədirin , Əhliyət Mehtiyevin və başqalarının döyüş yoldaşları haqqında söylədikləri xatirələr Azərbaycan övladlarının Vətən uğrunda hər zaman canlarından keçməyə hazır olmalarının bariz nümunəsi idi. Qazilərimiz bu gün də Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı işğaldan azad etmək üçün səfərbər olacaqlarını bir daha vurğuladılar. Tədbir Şəhid ailələri , qazilərin məktəblilərlə və tədbir iştirakçıları ilə çəkdirdikləri xatirə rəsmləri ilə başa çatdı.

Mehriban Sadıqova/Aztimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir