Sərhədlərimiz əmin əllərdədir- Keşikçidağdan reportaj

Baxılıb:360
Sərhədlərimiz əmin əllərdədir- Keşikçidağdan reportaj

14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına qəfil hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ölkə gündəmini zəbt etdi. Bir çox xəbər portallarının reytinq xətrinə dezinformasiya və şişirdici xəbərlər yayması, əks hakimiyyət qüvvələrin qıcıqlandırıcı ,pafoslu çıxışları xalqda nigarançılıq yaratmağa başladı.

Bütün bunlara son qoymaq, qərəzsiz və düzgün informasiya əldə etmək məqsədi ilə biz AzTimes.az komandası və Difahi Fədailər hərəkatının nümayəndələri alınmaz qalamız olan Keşikçidağa uzun bir yola çıxdıq. Bu səfərdə iştirak edənlərin məqsədi bəlli idi. Əsgərimizin,sərhədçilərimizin yanındayıq. Xalq daim əsgərinə sahibdir. Gənclər daim dövlətin yanındadır.
Biz maşın karvanı ilə təxminən 10 nəfər yola çıxdıq. Yol boyu bizə qoşulan vətənpərvər oğullarla məkan başına çatanda artıq 20 nəfərə yaxın fədai bizimlə idi. Yol şərtləri ağır olduğundan fədailərin bir hissəsi bütün təkidlərə baxmayaraq Azərbaycan bayrağını köks¬lərinə sıxıb yola piyada davam etməli oldular. Biz Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Ağstafada yerləşən N saylı hərbi hissəsinə yetişəndə Sərhəd xidmətinin general-mayoru Aztimes.az saytına açıqlamasında bildirdi ki, ərazidə tam nəzarətə sahibdirlər. Əraziyə əlavə qüvvə cəlb olunub. 14 iyul 2019-cu il tarixdə baş vermiş hadisə ilə bağlı Azərbaycan və Gürcüstan rəsmiləri görüşərək məsələni müzakirə ediblər. Gürcüstan rəsmiləri məsələdən təəssüf duyduğunu bildirib. Onlar bildirib ki, 40-50 nəfər şəxsin hərəkəti Gürcüstanın mövqeyini təzahür etmir. Gürcüstan-Azərbaycan dostluğu tarixi köklərə dayanır, belə də davam edəcək.
General əsgərin müqavimətsizliyi məsələsinə də aydınlıq gətirdi. Bunun bir xalq olaraq dəyərlərimizdən irəli gəldiyini bildirən general əslində əsgərin bu addımını vəziyyəti düzgün qiymətləndirməsi ilə əlaqələndirdi. Azərbaycan əsgərinin Sərhəd Xidmətinin Nizamnaməsinə uyğun olaraq hərəkət etməsini bildirdi. Bu hadisənin iki ölkə arasında təxribat yaratmaq üçün təşkil olunmuş məqsədli ssenari olduğunu anladığı üçün belə addım atdığını söylədi Buna cavab olaraq Azərbaycan sərhədçilərinin ərazini tamamilə bağladığını, heç kimin həmin əraziyə daxil olmasına icazə verilmədiyini qeyd etdi.
Səmimi söhbət bitdikdən sonra başda Difahi Fədailəri Hərəkatının rəhbəri Fuad Alik oğlu Muradov olmaqla bütün ziyarətçilər “Ali Baş Komandan Zirvəsi”nə qalxaraq oradakı tarixi mağaralarda olduq. Daha sonra Dövlət Sərhəd Xidmətinin ərazidə yerləşən hərbi hissəsində nahar süfrəsinin qonaq edildik. Hər daim qonaqpərvərliyi ilə tanınan Azərbaycan əsgəri öz halal çörəyini bizlərlə bölüşdü. Hərbi hissədəki nizam-intizam, səliqə-səhman göz oxşayırdı. Nəzərinizə çatdırım ki, biz qəfləti qonaq olduğumuz üçün burada qısa müddət ərzində bu şərait və səliqə yaradıla bilməzdi.
Hörmət və mehribanlıqla qarşılandığımız kimi də hörmətlə yolçu edildik. Sərhəd qoşunlarında xidmət göstərən adının çəkilməsini istəməyən polkovnik bizim sıldırımlı yolları keçə bilməyən avtomabillərimizə qədər iki zirehli ilə müşayət edərək yardım etdi. biz AzTimes.az saytı və Difahi fədailər hərəkatı arzu edirik ki, belə səfərimiz Şuşaya gerçəkləşsin.Ordumuzun hazırlığına baxaraq əminliklə deyə bilərəm ki, o gün uzaq deyil.
Bizim ziyarətimiz və açıqlama üçün yaratdığı şəraitə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.
Pərvin Abışova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir