İcra Hakimiyyətinin qarşısında intihara cəhd- Polislər xəsarət aldılar

Baxılıb:110
İcra Hakimiyyətinin qarşısında intihara cəhd- Polislər xəsarət aldılar

Fevralın 9-da saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov Rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıb.

S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.


Abunəlik