Gün ərzində nə qədər qarpız yemək olar? – Dietoloq AÇIQLADI

Baxılıb:77
Gün ərzində nə qədər qarpız yemək olar? – Dietoloq AÇIQLADI

Qarpızın həddindən artıq yeyilməsi insan sağlamlığına mənfi təsir göstərə bilər.

Bunu dietoloq Marina Şestakova “Telegram” kanalında yazıb.

Ekspertin sözlərinə görə, qarpız əsasən su və şəkərdən ibarətdir. Tərkibində həddindən artıq miqdarda qlükoza və fruktoza var.

Dietoloq bildirib ki, 100 qramda bir çay qaşığı şəkər var.

Şestakovanın sözlərinə görə, gündə 150 ​​qramdan çox qarpız yemək olmaz:

“Xüsusilə bu tövsiyəyə artıq çəkidən, şəkərli diabetdən və qaraciyər yağlanmasından əziyyət çəkən insanlar əməl etməlidir”.


Abunəlik