Gözəllik yarışmasının qalibi şokolad yeyərkən boğuldu

Baxılıb:114
Gözəllik yarışmasının qalibi şokolad yeyərkən boğuldu

Gözəllik müsabiqələrinin iştirakçısı model şokolad yeyərkən boğularaq öldü
Gözəllik müsabiqələrinin iştirakçısı olmuş 17 yaşlı rusiyalı model şokolad yeyərkən boğulub ölüb.

Bu barədə REN TV xəbər yayıb.

Hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.

Həmin vaxt qız tək olmayıb. Modelin yanında olan tanışının sözlərinə görə, yaşayış binasının girişində söhbət etdikləri zaman yediyi şokolad modelin boğazında qalıb və o, huşunu itirib.

Oğlan təcili yardım maşını çağırsa da, modelin həyatını xilas etmək mümkün olmayıb.
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir