Göyçayda tarixi abidə məhv edilir-SOS

Baxılıb:452
Göyçayda tarixi abidə məhv edilir-SOS

Memarlıq üslubundan aslı olmayaraq dünyanın hər yerində tarixi abidələr,qədim tikililər, dahi və görkəmli şəxsiyyətlərin doğulduğu və yaşadığı yerlər hər zaman qorunaraq gələcək nəsillərə irs,miras və canlı tarix kimi saxlanılır. Amma bəzən biganə və ögey münasibət bəslənəndə o tarixlər yer üzündən həmişəlik silinməli olur. Əbəs yerə bu mövzudan söhbət açmadıq, 1918 ildə qardaş Türkiyədən Azərbaycana gələn Qafqaz İslam ordusunun komandanı Nuru Paşanın Göyçada hərbi qərargahının olduğu ev son günlərini yaşayır.
Binanın divarları dövürünün inşaat materealları ilə bişmiş və çiy kərpicədən hörülüb. Qapılar, pəncərələr, döşəmə və dirəklərin hazırlanmasında istifadə edilən taxtalar bu günə kimi öz möhkəmliyini saxlaya bilib. Evin sökülən hissəsindən əlavə digər otaqları çayxana və yaşayış mənzilləri kimi istifadə edilir. Barəsində danışdığımız bu evdə 1865 ildə Sadıq Bəy İsmayıl oğlu Ağabəyzadə dünyaya göz açıb.
Peterburq hərbi akademiyasının məzununu olan General Mayor Sadıq bəy həm də tanınmış Şərqşunas, alim, professor Sadıq Bəy və onun qardaşı Həzrət Bəy Ağabəyovların evi olub. Bu evi önəmli edən digər məqam, Qafqaz İslam ordusunun komandanı, Nuru Paşanın Gəncədən sonra bu evdə hərbi qərargah yaratması olub. Amma təssüf ki,belə bir mühüm tarixə canlı şahid olan bu qərargah son günlərini yaşayır.Yerli sakinlərdən aldığımız məlumata görə iş adamları tərəfindən alınan tikilinin,bir neçə gün öncə sökülməsinə başlanlıb.

Fariz Xəlilli Tarix üzrə fəlsəfə doktoru deyir ki, Göyçayın bu tarixi hadisələri fonunda əsas abidələrindən biri məhs bu tarixi abidədir. İndi isə bina gördüyünüz kimi sökülüb, dağıdılıb. Burda nə edəcəklərindən mənim xəbərim yoxdu amma bir tarixçi kimi, Qafqaz İslam ordusunu uzun müddət araşdırmış birisi kimi buna çox təssüf edirəm. Aidiyatı qurumları bu binanın qorunmasına, bunun bir komleks kimi saxlanılmasına köməklik göstərməsini istəyirəm çünki bina dağıdılıb.
Memarlıq üslubuna görə həm də tarixi hadisələrə yaxınlığı baxımından mühüm abidə hesab edilən bu ev dövlət qeydiyatına alınmayıb və abidənin qorunması ilə bağlı tədbirlər görülməyib.

(1918 ildə Nuru Paşanın rəhbərliyi altında Qafqaz İsalm ordusunun qərargahı məhs bu evdə yaradılıb.Burada Göyçay əhalisinin müdafiəsi,döyüşlərin qurulması,eyni zamanda erməni daşnaqlarının bu ərazilərdən qovulması üçün bu evdə hərpi planlar hazırlanıb..
Sinxron
Qafqaz İslam Ordusunun qərargahı və şəxsən Nuru paşanın bu binada oturması ilə əlaqədar, bir çox rəsmi sənədlər, raportlar və hesabatlar var. Bunlardan birisi Qərargah rəisi, polkovnik Rüşdi bəyin raportlarıdı və orda Göyçayda və bu evin ətrafında baş verən bütün hadisələr dəqiqə və saatına qədər hamısı qeyd olunub. Yəni bu bina Azərbaycan tarixinin ən önəmli hadisələrindən birisinə və Azərbaycan xalq cümhuriyyətinin qurulması prosesində əsas dayaq nöqtələrindən biri olduğu məlumdı.
Məsələ ilə bağlı mənzil İstismar idarəsindən bildirildi ki, sözügedən tikili 2018-ci ilə qədər idarənin balansında olub. Göyçay rayon icra hakimiyətində yaranan müvafik komisiyanın qərarı ilə binanın qəzalı olması ilə bağlı qərar verilib. Bundan sonra yerli idarənin balansından çıxarılan evlər , Dövlət əmlak kömitəsinin işirakı ilə yerli sahibkarlara satıldığını deyən idarə rəsi onu da bildirildi ki, bir vaxtlar Ağabəyovlara məxsus olan evin digər hissələrində söküntü olsa da amma əsas yaşayış evində hələlik heç bir iş görülmür və hazırda ora çay evi kimi fəaliyyət göstərir. Ümüd edək ki, müvafiq qurumlar hərəkətə keçib sözü gedən evi dövlət qeydiyatına alıb muzey kimi gələcək nəsillərə saxlaya biləcəklər.

AzTimes.az
AzTimes.az.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir