BŞİH müxalifətin mitinqinə icazə verdi

Baxılıb:157
BŞİH müxalifətin mitinqinə icazə verdi

Bakı Şəhər İcra Hakimiyyəti, Müsavat və REAL partiyalarının paytaxtda mitinq keçirməklə bağlı müraciətinə yenidən baxıb.

İcra Hakimiyyətindən verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının qərarı ilə mitinqə icazə verilib.

Mitinqin yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Neftçi” İdman və Sağlamlıq Mərkəzinin bazasında müəyyən edilib.

Mitinqin keçirilmə vaxtı isə 16 fevral, saat 15:00-dan 17:00-a müəyyən edilib.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir