Göyçayda keçiriləcək Nar bayramının tarixi açıqlandı

Baxılıb:221
Göyçayda keçiriləcək Nar bayramının tarixi açıqlandı

 

Bu il Göyçayda XIV Nar festivalı 9-10 noyabr tarixlərində keçiriləcək.

Bu barədə Göyçay rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev AzTimes.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, artıq ənənə halını alan bu bayram öz rəngarəngliyi ilə eyni zamanda, maraqlı proqramlarla zəngindir. A. Nağıyev sözlərində əlavə edib ki, festivalın ilk günü 9 noyabr tarixinə təsadüf etdiyindən Göyçayda yeni tikilən möhtəşəm bayraq muzeyinin də açılışı məhz həmin gün baş tutacaq. Daha sonra Nar bayramına start veriləcək. Hər il olduğu kimi bu ildə keçiriləcək bayramda konsert proqramı təşkil olunacaq.

Xatırladaq ki, ümumilikdə festival iki gün davam edəcək.

Davud Tarverdiyev

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir