Goranboy sakini prezidentə müraciət etdiyi üçün işə götürülmür-İDDİA

Baxılıb:198
Goranboy sakini prezidentə müraciət etdiyi üçün işə götürülmür-İDDİA

Goranboy rayonu Yeniyol kənd sakini Səlimov Fuad Məhəmməd oğlu AzTimes.az saytına müraciət edərək bildirib ki, 2016-cı il aprel döyüşləri zamanı yaşadığı evə olduqca güclü xəsər dəyib. Ailə imkansız olduğundan evi təmir etdirə bilmir.  Dam örüyü sıradan çıxdığı üçün yağan bütün leysan evin içinə yağır. Ev əşyaları sıradan çıxıb. Bununla bağlı dəfələrlə rayon icra hakimiyyətinə müraciət olunsa da rəhbərlik heç bir tədbir görməmişdir.Bunu görən ailə Azərbaycan respublikasının prezidenti İlham Əliyev cənablarına və vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb. Ailənin qara günləri də bundan sonra başlayıb. Buna görə ailənin heç bir üzvünə rayonda iş verilmir. Bütün qapılar onlar üçün bağlanıb.Evləri yararsız halda olan ailə indi də bir parça çörək dərdi çəkir. Əli hər yerdən üzülən çarəsizdir. Nəzərinizə çadıraq ki, ailənin böyük oğlu hal-hazırda ön cəbhəddə əsgəri xidmətdədir. Müharibə şəraitində , daim atəşkəsin pozulduğu zamanda bu əsgər şəhid olarsa cənazəsi bu evdənmi çıxacaq?

Qarşı tərəfin fikrini dinləməyə hazırıq.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir