Göyçay polisi şagirdlərlə görüşdü

Baxılıb:82
Göyçay polisi şagirdlərlə görüşdü

AzTimes.az xəbər verir ki, Göyçayda “Narkomaniya gəncliyin bəlasıdır” mövzusunda tədbir keçirilib.

Göyçay şəhər 6 saylı orta məktəbdə rayon polis şöbəsinin təşkilatçılığı ilə narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə mübarizəyə həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib. RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev tədbirdə çıxış edərək mövzu ilə əlaqəli məktəbliləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıb və ölkəmizdə gənclərimizin savadlı, vətənpərvər ruhda böyümələri, eləcə də sağlam inkişaf etmələri üçün hərtərəfli şəraitin yaradıldığını diqqətə çatdırıb.


Abunəlik