“Gender Bərabərliyi” üzrə dərs vəsaiti çap edildi

Baxılıb:137
“Gender Bərabərliyi” üzrə dərs vəsaiti çap edildi

Yeni dərs vəsaitində gender bərabərliyi anlayışı, onun yaranma tarixi və təmin edilməsi, cinsi ayrı-seçkilik, gender stereotiplərinin yaranması və onunla mübarizə üsulları sahəsində beynəlxalq müqavilələr və milli qanunvericilik, dövlət qulluğunda gender bərabərliyi prinsipinin tətbiqi və digər mövzular əhatə edilib.

Dərs vəsaiti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalara və milli qanunvericiliyə əsasən hazırlanıb. 6 fəsildən ibarət vəsait ali təhsil ocaqları və dövlət orqanlarının istifadəsi üçün yararlı hesab edilir.

Vəsait əhatə etdiyi məsələlərin genişliyi və əhəmiyyəti baxımından gender bərabərliyi sahəsində ali təhsil ocaqlarının tələbələri, dövlət qulluqçuları, bələdiyyələr, müvafiq fənləri tədris edən müəllimlər, elmi işçilər, hüquqşünaslar, ümumiyyətlə, dövlət idarəçiliyində gender məsələsi ilə maraqlanan oxucular üçün faydalı informasiya mənbəyidir.


Abunəlik