“Euronews”: “Azərbaycan liderinin cüdoya dəstəyi gələcək istedadlara öz təsirini göstərir”

Baxılıb:98
“Euronews”: “Azərbaycan liderinin cüdoya dəstəyi gələcək istedadlara öz təsirini göstərir”

Azərbaycan cüdoçularının Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində yüksək çıxışı və yarışın ikinci günündə iki qızıl medal qazanması Prezident İlham Əliyevin idmanın bu növünə verdiyi dəstəyin ifadəsidir.

Bu barədə “Euronews” telekanalının reportajında deyilir.

“Prezident Əliyevin bu idman növünə böyük marağı Azərbaycanın cüdo dünyasında nüfuzunun yüksəlməsinə mühüm töhfələr verib. Onun bu yaxınlarda yeni tikilmiş və ən müasir avadanlıqlarla təchiz edilmiş Milli Təlim Mərkəzinə səfəri də bunu bir daha sübut edir.

Azərbaycan yapon döyüş sənətinə dərin həvəsi olan ölkədir və onun rəhbərinin dəstəyi təkcə cüdoçuların indiki nəslini ruhlandırmır, eləcə də gələcək istedadlara təsir edir”, – deyə süjetdə bildirilir.


Abunəlik