Ermənistan NATO-ya daxil olur? – Paşinyan əsl məqsədini açıqladı

Baxılıb:55
Ermənistan NATO-ya daxil olur? – Paşinyan əsl məqsədini açıqladı

Ermənistanın NATO-ya daxil olması məsələsi gündəmdə deyil.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində bildirib.

O, Ermənistanın Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcəyini və mövcud razılaşmalardan imtina etməyi planlaşdırmadığını vurğulayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü statusunu qoruyub saxlayır, eyni zamanda NATO ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirir ki, bu da alyansa daxil olmağı nəzərdə tutmur.

“Keçmişdə bizim NATO ilə fərdi fəaliyyət planımız var idi, indi o, əməkdaşlıq proqramına çevrilib”, – o qeyd edib.

Baş nazir Ermənistanın Avropa İttifaqı, Fransa, ABŞ, İran, Hindistan və digər ölkələrlə qarşılıqlı əlaqədə olmaqla, təhlükəsizlik sahəsində əlaqələrini şaxələndirmək istəyinə də diqqət çəkib.

“Biz Rusiya ilə əməkdaşlıqdan imtina etməyi planlaşdırmırıq. Məqsədimiz münasibətləri şaxələndirməkdir”, – Paşinyan vurğulayıb.


Abunəlik