Deputatlığa namizəd Ruxi Hüseynov Malik oğlu seçicilərlə görüşüb.

Baxılıb:182
Deputatlığa namizəd Ruxi Hüseynov Malik oğlu seçicilərlə görüşüb.

5 fevral tarixində 95 saylı Tərtər seçki dairəsindən fevralın 9-da Milli Məclisə seçkilərdə iştirak etmək üçün deputatlığa namizədliyi irəli sürülmüş Ruxi Hüseynov Malik oğlunun seçicilərlə görüşü keçirilib.

AzTimes.az  xəbər verir ki, görüş Tərtər rayonunun Mədəniyyət evinin binasında baş tutub.

Görüşdə rayon ağsaqqalları, partiya üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edənlər Ruxi Hüseynov haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Ruxi Hüseynov çox savadlı və bacarıqlı bir şəxsdir.
Ruxi Hüseynov vətən ogludur, Azərbaycanın bayragını hər zaman bütün ölkələrdə idmançı kimi dalgalandırıb.

Ruxi Hüseynov deputat seçilərsə, öz seçicilərinə imkanı daxilində köməklik göstərəcək. Ruxi Hüseynov deputat seçilərsə, həm parlament, həm də seçicilər qazanar”.

Daha sonra çıxış edən şəxslər namizədə uğurlar arzulayıblar, onun parlamentdə təmsil olunmasının xalqa faydalı olacağını bildiriblər.

 Nüranə Abdullayeva /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir