Qasim Süleymaninin daha bir “sağ əli” öldürüldü-SURİYADA

Baxılıb:140
Qasim Süleymaninin daha bir “sağ əli” öldürüldü-SURİYADA

Yanvarın əvvəlində İranın SEPAH komandanlarından olan general Qqasim Süleymani və bir neçə generalla birlikdə öldürülməsi böyük qalmaqala səbəb olmuşdu. AzTimes.az Jamaz.info-ya istinadən xəbər verir ki, ABŞ ordusu tərəfindən qətlə yetirilən Süleymani və adamlarından sonra analoji hadisələrin davam edəcəyi gözlənilməsə də, bunun baş verəcəyi istisna edilmirdi. Çünki ABŞ-ın İrana bağlı generalları Yaxın Şərqdə sıradana çıxarmaqdan başqa çıxış yolunun qalmadığı deyilirdi.

Qeyd edək ki, Süleymaninin ölümü İran tərəfindən qarşılıqsız qalmadı. İraqdakı ABŞ hərbi bazalarına raket hücumundan tutarlı nəticə almasa da, Tehran boş oturmayacağını bəyan edib. Ona görə də, Yaxın Şərqdəki bütün ABŞ ordusu xüsusi hazırlıq vəziyyətində xidmətini davam etdirir.

Bu əsnada, Qasim Ssüleymanin ən yaxın adamlarından biri, Suriyada onun “sağ əli” sayılan daha bir general öldürülüb. JAMAZ.İNFO “iribnews”ə istinadən xəbər verir ki, SEPAH-ın komandanlarından biri olan Əsgər Paşapur Suriyada öldürülüb. Belə ki, general dünən Hələbdə Suriya müaxlifəti ilə silahlı toqquşmalar zamanı vurulub.

Məlumatlara görə, İran indiyə qədər Suriyada 2400 nəfərə yaxın zabit və əsgər itirib.
AzTimes.az.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir