Çinarli Göyçayda çinarlar süni şəkildə qurudulur-FOTOLAR

Baxılıb:360
Çinarli Göyçayda çinarlar süni şəkildə qurudulur-FOTOLAR


Göyçay rayonu uca çinarları ilə anılır. AzTimes.az xəbər verir ki, Bir qrup vətəndaş saytımıza müraciət edərək bildirirlər ki, Göyçay rayonunda yaşı yüzü haqlayan böyük çınarların süni şəkildə qurulmasına start verilib.  Yay aylarında çəkilmiş fotolara ilk baxanda çinarlar payızın son aylarındaymış kimi təsəvvür yaradır. Ağacların yarpaqları saralaraq tökülür, Göyçay kücələrini xəzələ qərq edir.


Məsələ ilə bağlı Göyçay Yaşıllaşdırma  İdarəsinin müdiri  Vaqif Babayevlə əlaqə saxladıq.O, məlumatın həqiqəti əks etdirmədiyini bildirdi.  Onun dediklərinə görə ağaclar hər həftə suvarılır. V. Babayev yarpaqların tökülmə səbəbini havaların həddən artıq isti keçməsi ilə əlaqələndirdi.


Abunəlik