Bu gün Səbuhi Əhmədovun şəhadətindən bir il keçir – FOTO

Baxılıb:64
Bu gün Səbuhi Əhmədovun şəhadətindən bir il keçir – FOTO

Bu gün Səbuhi Əhmədovun şəhadətindən bir il keçir.

Xalq şəhidlərin xatirəsini yad etmək üçün Fəxri xiyabana axın edir.

Bu gün şəhid Səbuhi Əhmədovla yanaşı, Abşeron sakini olmuş şəhid Nicat Qarazadənin də anım günüdür.

Fəxri xiyabana gələn Xətai və Abşeron Rayon İcra hakimiyyətlərinin başçıları şəhidlərin məzarı önünə əkili qoyaraq onların xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Ziyarətçilərin arasında şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, qazilərimiz də var.

Xatırladaq ki, 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində qarşı tərəfin təxribatı ilə silahlı toqquşma baş verib. Azərbaycanın Müdafiə Nazirliyi döyüşlər zamanı Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə səkkiz hərbi qulluqçu olmaqla ümumi olaraq Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun həyatını itirdiyini bildirib.

Şəhid Səbuhi Əhmədov SOS uşaq kəndində böyümüşdü.


Abunəlik