Bu gün Malıbəyli və Quşçular qətliamından 31 il ötür
1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı amansızcasına qətlə yetirilib.
Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən biri də fevralın 10-u gecə yarısı Malıbəyliyə hücumudur.
Həmin gecə qadın və uşaqlar Quşçular kəndinə qaçsada bütün evlər yandırılıb. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşub.
Məhz Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərindəki qətliamdan sonra yüzlərlə günahsız azərbaycanlının qanı axıdılan Qaradağlı, Ağdaban soyqırımları və əsrin ən böyük faciələrindən olan Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı baş verib. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətin olması dünyaya məlumdur.
Əsrlər, illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Əslində, keçmişini unudan tarixini yaşatmayan bir xalqın gələcəyi yoxdur. Bütün hadisələr hər bir millətin qan yaddaşında əbədi yer tutmalı və gələcək nəsillərə təbliğ edilməlidir.
“Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”, deyən Ulu Öndər Heydər Əliyev də məhz bunu bizə tövsiyə edib.
Malıbəyli və Quşçular faciəsinin günahsız qurbanlarını dərin hüznlə yad edirik!
Bəli, Xalqımız ermənilərin törətdikləri faciələri heç zaman unutmayacaq!
Millət vəkili Hicran Hüseynova AzTimes.az