Vagina məsələsinə Cavid Qurbanovun Referans klinkası qarışdı – VİDEO

Baxılıb:666
Vagina məsələsinə Cavid Qurbanovun Referans klinkası qarışdı – VİDEO

AzTimes.az xəbər verir ki, bir neçə gün bundan öncə sarkazm.az-da həkim Cəmilə Hüseynova Tik-Tok-da canlı yayımda vagina əməliyyatı etdiyi barədə yazı dərc edilib. Həkimin bu hərəkəti insanlar tərəfindən qınağa tuş gəldi. Etik olmayan işləri insanlara göstərməyi sərt şəkildə qınanıldı və tənqid edildi.

Yazı ictimailəşməsindən bir müddət sonra zənglərin, hədələrin ardı-arası kəsilmir.

Öncə həkimin köməkçisi zəng edərək yazısının silinməsini tələb etdi. Bunun qarşılığında isə ödəniş edəcəyini bildirdi. Təbii ki, mümkün olmayan təklif idi.

Daha sonra özünü Referans Klinkasının Mətbuat Xidmətinin rəhbəri kimi təqdim edən Samir Şirvanzadə zəng edərək yazılan məqaləni aşağılamağa və bizə jurnalistikadan “dərs” keçməyə başladı.

S.Şirvanzadədən sonra Referans Klinkasının filiallarından birinin müdiri olan həkim Ariz Cəbrayılovun hədəfinə tuş gəldik. Əvvəlcə dostcasına danışan A.Cəbrayılov yazının silinməsi bizə adını demədiyi rəhbərinin göstərişi olduğunu və hansı yolla olur olsun yazının silinəcəyini bildirdi. Yazının silinməyəcəyini anlayan A.Cəbrayılov bizi hüquq-mühafizə orqanları və məhkəmə ilə hədələdi. Silməcəyimizi rəhbərinə məruzə edəcəyini dedi, bundan sonra isə həmin yazıya görə barəmizdə ölçü götürüləcəyini vurğuladı.

Cəmilə Hüseynova vagina əməliyyatını hansı xəstəxanada etdiyindən xəbərimiz yoxdur. Sözügedən yazıda isə ünvan olaraq hansısa xəstəxanın, eyni zamanda Referans Klinkasının adı qeyd edilməyib. Məsələnin Referans klinkası ilə hansı bağlığının olduğunu və həmin klinkanın rəhbərliyinin narahatlığı bizə məlum deyil. Referans klinkasının rəhbərliyinin marağının nə olduğunu və bizə hədə, təpki, güc nümayiş etdirməsinin səbəbini anlamağa çalışırıq.

Qeyd edək ki, dövrü mətbuatda yayılan məlumatlara görə Referans Klinkası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olan klinkaların siyahısına daxildir. Cavid Qurbanov bir neçə klinkanın ona məxsus olduğu barədə yayılan məlumatların heç birini nə təsdiq, nə də təkzib edib.

Sözügedən əməliyyatın videosunu təqdim edirik:

https://fb.watch/iBQm7Bndp_/

Abunəlik