Tərtər DYP reyd keçirdi

Baxılıb:214
Tərtər DYP reyd keçirdi

Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə nəzarət-profilaktiki tədbirlər keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, tədbir zamanı polis əməkdaşları tərəfindən dayanma-durma qaydalarını pozan sürücülər və piyada keçidlərindən istifadə etməyən şəxslər aşkar edilib. Onlarla profilaktiki səpkidə söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi diqqətə çatdırılıb. Həmçinin qayda pozuntusuna yol verən bir neçə şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.


Abunəlik