BMT-dən Makrona SƏRT ÇAĞIRIŞ: “Təxribat törətmə”

Baxılıb:53
BMT-dən Makrona SƏRT ÇAĞIRIŞ: “Təxribat törətmə”

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Fransa Prezidenti Emmanuel Makronun Ukrayna ilə bağlı bəyanatına cavab verib

Bu barədə “RİA Novosti” yazır.

Düjarrik, Makronu təxribatlardan çəkinməyə çağırıb.

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyatın başlanmasından bəri onsuz da ölümcül olan münaqişədə atəşə yanacaq əlavə etmək potensialına malik olan çoxlu ritorika səslənir.

“Çağırışımız əvvəldən ardıcıl olub – belə ritorikadan qaçmaq”, – odeyib.

Qeyd edək ki, evralın 26-da Parisdə Kiyevə dəstək konfransında Makron bildirib ki, Avropa İttifaqı ölkələrinin qoşunları Ukraynaya gedə bilər.

O, aydınlaşdırıb ki, quru qoşunlarının göndərilməsi ilə bağlı rəsmi konsensus əldə olunmayıb, lakin belə bir ehtimalı da istisna etmək olmaz.


Abunəlik