Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Baxılıb:48
Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Rusiya qoşunları aprelin 20-də Ukraynanın Donetsk vilayətinin Novomikhailovka kəndinə nəzarəti ələ keçirib .

Bu barədə Lenta.ru məlumat yayıb.

Bildirilib ki, aylarla davam edən hücum Ukrayna Silahlı Qüvvələrinin “Uqledar” qrupunun cənub Donetsk istiqamətində məğlubiyyəti ilə başa çatıb.

Hazırda kənardakı son evlər minalardan təmizlənir.

Qeyd edilib ki, hücumda 155-ci dəniz piyada briqadasının əsgərləri iştirak edib.

Hərbi müxbir Semyon Peqov rus qoşunlarının Donetsk vilayətinin Semenovka kəndinə də nəzarəti ələ keçirdiklərini bildirib.

Hər iki məlumat hələ ki, Ukrayna tərəfindən təsdiqlənməyib.


Abunəlik