Biz danışmayaq-TARİX DANIŞSIN “Sykes-Picot müqaviləsi”

Baxılıb:829
Biz danışmayaq-TARİX DANIŞSIN “Sykes-Picot müqaviləsi”

İndiki zamanda da tez-tez gündəmə gələn Sykes-Picot müqaviləsi; Osmanlı dövlətinin parçalanması prosesində Birləşmiş Krallıq, Fransa və Rusiya arasında imzalanan gizli bir razılaşmadır. Bu anlaşma Kiçik Asiya Anlaşması (Asia Minor Agreement) olaraq da bilinməkdədir. Bu anlaşmaya görə Osmanlı torpaqları parçalanacaqdı.

      I Dünya Müharibəsi əsnasında 29 aprel 1916-cı ildə Kutül Əmmarə mühasirəsi sonrasında İngilis qüvvələrinin Osmanlı Ordusu qarşısında məğlubiyyətə uğramasından 17 gün sonra 16 May 1916 tarixində İngiltərə və Fransa arasında edilən və Türkiyənin Orta Şərq torpaqlarının bölünməsini nəzərdə tutan, İngiltərə ilə Fransa arasında imzalanan bu gizli müqavilənin maddələri qısaca belədir:

1. Rusiyaya, Trabzon, Ərzurum, Van və Bitlis ilə Cənub-Şərqi Anadolunun bir hissəsi,
2. Fransaya, Şərq Aralıq dənizi bölgəsi, Adana, Antep, Urfa, Diyarbəkir, Mosul ilə Suriya sahilləri,
3. İngiltərəyə Hayfa və Akka limanları, Mosul xaric Bağdad ilə Bəsrə və Cənubi Mesopotamiya veriləcəkdir.
4. Fransa ilə İngiltərənin əldə etdiyi torpaqlarda Ərəb dövlətləri Konfederasiyası və ya Fransız və İngilis nəzarətində tək bir Ərəb dövləti qurulacaq,
5. İskəndərun sərbəst liman olacaq,
6. Fələstində, müqəddəs yaşayış yeri olması səbəbiylə bir beynəlxalq rəhbərlik qurulacaq.
7.Mosul, İordaniya və Suriyanın bir hissəsində Ərəb padşahlığının qurulması və bu dövlətin Fransa ilə İngiltərənin ortaq nəzarətində olması qərarlaşdırıldı.
8.Hicaz’ın sərbəst bölgə olması qərarlaşdırıldı.

         1917-ci il inqilabından sonra Rusiya Sykes-Picot razılaşmasından imtina etmişdir. Bu gizli anlaşmanı dünya ictimaiyyətinə Lenin açıqlamışdır. Bu müqaviləyə mövzu olan bölgə günümüzə qədər davamlı olaraq qarşıdurma altında buraxılmışdır. Xalq davamlı olaraq zülm görmüş, diktatorların rəhbərliyi altında əzilmişdir. Bu şəkildə heç bir zaman xalqın müstəqilliyi ya da dövlətlərin güclənməsinə icazə verilməmişdir.


Abunəlik