Binədə altı yaşlı uşaq ikinci mərtəbədən yıxılıb

Baxılıb:110
Binədə altı yaşlı uşaq ikinci mərtəbədən yıxılıb

Bakının Xəzər rayonunda altı yaşlı uşaq evin ikinci mərtəbəsindən yerə yıxılaraq ağır xəsarətlər alıb.

Binə qəsəbəsi, “Mehriban qonşular” deyilən ərazidə 2017-ci il təvəllüdlü İbrahim Ruhin oğlu Ələkbərli ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yerə yıxılıb.

Azyaşlı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və təpə sümüklərinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Abunəlik