Bakıda qız itkin düşdü

Baxılıb:188
Bakıda qız itkin düşdü

Bakıda gənc qız itkin düşüb.

AzTimes.az  Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi rayonu, Çiçək qəsəbəsində yaşayan Məmmədov Saleh Oruc oğlu Binəqədi rayon Polis idarəsinin 40-cı polis bölməsinə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan qızı, 1990-cı il təvəllüdlü Məmmədli Dilarə Saleh qızı fevralın 15-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir