Çörək bahalaşır?-Nazirlik açıqladı

Baxılıb:172
Çörək bahalaşır?-Nazirlik açıqladı

“Azərbaycan buğdanın bir hissəsini idxal edir və idxal etdiyi ölkələrdə buğdanın qiyməti bir qədər artıb”.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, qiymət artımının təsiri Azərbaycanda da hiss oluna bilərdi:

“Amma hökümət tərəfindən zəruri tədbirlər görülüb. Həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlarla, həmçinin ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilib, hesablamalar aparılıb. Çörəyin qiymətində hər hansı dəyişiklik bu günki vəziyyətə gözlənilmir. Lazım olan hallarda hökümət tərəfindən əlavə tədbirlər görüləcək ki, bu qiymətlər alıcılara təsir göstərməsin”

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir