Bakıda keçmiş güc strukturu əməkdaşı narkotikdən öldü

Baxılıb:255
Bakıda keçmiş güc strukturu əməkdaşı narkotikdən öldü

Bakıda 45 yaşlı Məhərrəmov Vüqar Sübhi oğlu yüksək dozada narkotik vasitə zəhərlənməsindən vəfat edib.

AzTimes.az xəbər verir ki, bu barədə Oxu.az-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Məhərrəmovun cansız bədəni aprelin 18-də Nərimanov rayonunda, İbrahimpaşa Dadaşov küçəsi yaxınlığında yerləşən yeni tikilinin mənzillərindən birinin hamam otağında aşkarlanıb.

Kriminalistlər meyitin yanında istifadə olunmuş iynə aşkarlayıb. Bununla əlaqədar onun yüksək dozada narkotik vasitədən zəhərlənməsi versiyası irəli sürülüb.

Hazırda dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspert müayinəsi aparılır.

Qeyd edək ki, Məhərrəmov bundan əvvəl güc strukturlarında çalışıb və səhhəti ilə əlaqədar vəzifədən kənarlaşdırılıb.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir