Bakıda çoxmərtəbəli binada yanğın olub

Baxılıb:328
Bakıda çoxmərtəbəli binada yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 14-cü mərtəbəsinə qədər şaxta boyunca 24 p.m kommunikasiya xətləri və 24 ədəd elektrik sayğacı yanıb.

FHN-dən AzTimes.az-a verilən məlumata görə, yanğın zamanı liftdə qalan iki nəfər xilas edilib, 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Oxu.Az


Abunəlik