Bərdədə əməliyyat-Bu şəxs SAXLANILDI

Baxılıb:231
Bərdədə əməliyyat-Bu şəxs SAXLANILDI

Bərdədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdam rayon sakini Nicat Həsənov avtomobil idarə edərkən saxlanılaraq RPŞ-yə gətirilib.
Onun üzərinə  və avtomobilə keçirilən baxış zamanı ümumilikdə 5 büküm heroin və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.


Abunəlik