AzTV sədrindən ŞOK MƏNİMSƏMƏ

Baxılıb:1293
AzTV sədrindən ŞOK MƏNİMSƏMƏ

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) sədri Rövşən Məmmədov böyük qanunsuzluğa yol verərək 2023-cü ildən qurumun (AzTV, “Mədəniyyət”, “İdman” və Radio) eksklüziv yayım hüququnu cəmi 3 gün qeydiyyatdan keçmiş BROADCAST MMC-yə həvalə edib. Qeyd edək ki, 01 yanvar 2023-cü ilə qədər televiziyanın eksklüziv reklam yayımı hüququ TV Media MMC-yə məxsus idi. Görünən odur ki, TV Media və BROADCAST MMC eyni ələ işləyir. Sadəcə olaraq, külli miqdarda vəsaiti maxinasiya yolu ilə mənimsəmək üçün iz itiriliməsi məqsədilə 3 günlük şirkətə belə bir “jest” edilir.
Yeri gəlmişkən, vurğulayaq ki, Hesablama Palatasının yoxlama dövründə (2019-2021) televiziya rəhbərliyi tərəfindən Palataya heç bir hesabat təqdim edilməmişdi.
Araşdırmalarımız göstərir ki, bu mütəşəkkil maliyyə cinayətlərini sədrin birbaşa tapşırığı ilə reklam şöbəsinin müdiri Süleyman, Proqram direktoru Emin Hüseynov, Maliyyə Departamentinin rəisi Niyaməddin Quliyev icra edir.
Nəzərinizə çatdıraq ki, AzTV-də (eləcə də “Mədəniyyət”, “İdman” və radioda) gedən gündəlik təxminən 6 saatlıq reklam (21600 saniyə) verilir. Haşiyəyə çıxaraq, müvafiq dövlət strukturlarının nəzərinə onu da çatdıraq ki, reklam sövdələşməsi ilə bağlı Azərbaycan teleməkanında ən böyük güzəştlər 80-85 faiz ola bilər ki, bunun da saniyəsi təxminən 4 manat təşkil edir. Bu isə televiziyada gündəlik 86 min 400 manat təmiz gəlir deməkdir. Apardığımız hesablamalara görə, AzTV-nin minimum aylıq reklam gəlirləri 2 milyon 592 min manat edir. Bu rəqəm isə illik 31 milyon 104 min manat edir.
Öz çirkin məqsədlərini gizlətmək üçün efirdə əl-qolunu ölçə-ölçə danışan sədr-aparıcı təbii ki, bu araşdırmalarımızı da öz ampluasına uyğun olaraq inkar edəcək, tükürpədici faktları şər və böhtan adlandıracaq. Onsuz da 4 ildir AzTV büdcəsini talayan, hələ ki, dövləti aldatdığını düşünən Rövşən Məmmədov necə deyərlər “duza gedir”. Bunu sübut etmək üçün əldə etdiyimiz sənədlərin bəzilərini oxucuların diqqətinə çatdırırıq. (FOTOLAR)
Nəfsi dağı yaran aparıcı-sədrin diqqətinə onu çatdırırıq ki, artistlik eləməsin, çünki təqdim olunan sənədlərin təqvim günündə gedən reklamların video-görüntüləri də var. Bu görüntüləri lazım olarsa, müvafiq orqanlara təqdim edə bilərik. Təki ortada dövlətin aidiyyəti orqanlarının istəyi olsun. Həmin videolar sübut edir ki, Rövşən Məmmədovun dediyi kimi bu reklamlar sosial çarxlar deyil.
Bütün məsələlər isə onu deməyə əsas verir ki, AzTV sədri mütəşəkkil dəstə yaradaraq dövlət vəsaitini talayıb və həzm-rabedən keçirib. Halbuki bu milyonlarla vəsaitlə televiziya rəhbərliyi öz əməkdaşlarının (yaxınları istisna olmaqla. Onsuz da onlar külli miqdarda qonorar alırlar. Bu barədə də faktlar mediada gedib) qonorarlarını artırar, sosial rifah halını yaxşılaşdırar, TV-nin müasir texniki avadanlıqlarla təchizatını xeyli yaxşılaşdırardı. Özünün də dediyi kimi, AzTV-ni “Əl-cəzirə”, “Evronyus” kimi kanalların səviyyəsinə çatdırmaq üçün mühüm layihələr həyata keçirərdi.
Yeri gəlmişkən, onu da vurğulayaq ki, aparıcı-sədr reklam gəlirlərini yalnız nağd şəkildə deyil, barter üsulu ilə də mənimsəmək istedadına malikdir. O, yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin reklamının əvəzinə xeyli mənzillər əldə edib. Bunu müəyyən etmək dövlət qurumları üçün necə deyərlər “iki vur ikidir”.
Mütəşəkkil cinayətkarlığın ən dəhşətlisi tərəfindən biri də budur ki, AzTV vergidən də yayınmağı bacarıb. Belə ki, əgər reklam gəlirləri rəsmiləşdirsəydi, əldə olunan illik reklam gəliri olan 31 milyon 104 min manat vəsaitin ƏDV-si vergi kimi ödənilərdi. Bu rəqəm isə nə az, nə çox düz 5 milyon 598 min manat edir. Televiziyanın reklam gəlirlərinin mənfəət vergisi isə 20 faiz edir ki, bu da təxminən 5 milyon 101 min 56 manat vəsait deməkdir. Bir daha xatırladaq ki, biz reklam pullarını güzəştli rəqəmlərlə hesablamışıq. Əgər reklamın saniyəsi 4 manatdan yuxarı edirsə, mənimsənin həddini təsəvvürünüzə gətirin.

Televiziyada mənimsəmə faktları bitib tükənmir. Bu barədə növbəti araşdırma yazılarımızda təqdim edəcəyik. Ancaq hər dəfə bu faktlar işıq üzü görəndə sədrin yaxın adamları əsəbdən dodaqlarını gəmirə-gəmirə çığırıb-bağırır ki, “Rövşən getsə, yerinə “Paşa”nın adamı gəlib guya sizi işdə saxlayacaq ki? Hamınızı kürüyüb çölə tökəcək”.Rövşən Məmmədov dünyagörüşü bax budur. Rövşən idarəçiliyi belə məntiqə əsaslanır.Dövlət başçısı gənc kadrlara ona görə üstünlük vermir ki, mənimsəmələrdə daha kreativ üsullara əl atsın. Cənab Prezident gənc kadrlara ona görə imkan yaradır ki, rəhbərlik etdiyi qurumlarda işçilər incidilməsin, rəhbər özünü xan, bəy kimi aparmasın, feodal yanaşmalardan uzaq dursun, əli rüşvətə, korrupsiyaya bulaşmasın. Dövlətinə, vətəninə sədaqətlə xidmət eləsin.Amma ötən dörd il ərzində Rövşən Məmmədov televiziya səviyyəsində görünməyən mənimsəmələr həyata keçirdi, peşəkarları işdən müxtəlif şəkildə uzaqlaşdırdı, özünün və arvadının yaxın qohum-əqrəbası ilə birləşərək qurumun büdcəsini amansızcasına taladı. Növbəti təqdim edəcəyimiz faktlarda bunun bir daha şahidi olacaqsınız.

Pərvin Abışova AzTimes.az


Abunəlik