Azərbaycan Daxili İşlər Nazirliyində atışma!- SSRİ-ni silkələyən hadisə
Görünməmiş hadisə baş verir. Daxili İşlər Nazirliyində atışma ! Hələ rəsmi məlumat yoxdur, Şayiələr baş alıb gedir .. 3 general qətlə yetirilib.. Elə həmin gün Heydər Əliyevin rəhbərliyi ilə Mərkəzi Komitənin bürosu toplaşır. Hadisə barədə ilkin məlumat Daxili İşlər Nazirliyində baş vermiş fövqəladə hadisənin təfərrüatlarını araşdırmaq üçün Mərkəzi Komitənin ikinci katibi Yuri Puqaçovun sədrliyi ilə komissiya yaradılır. Hacağa İbrahimov İsmayıl İbrahimov, Vitali Krasilnikov , Abbas Zamanov və Cəfər Vəliyev komissiyanın üzvü təyin edilirlər .Həmin gün heç bir rəsmi məlumat verilmir. Şəhərdə isə şayələr ayaq tutub yeriyir. Rəsmi məlumat olmadığı üçün Daxili İşlər Nazirliyində güllələnənlərin sayi barədə rəqəmlər şişirdilir. Guya beş nəfər öldürülüb. Qəzetlərdə rəsmi informasiya yalnız iyulum birində dərc olunur. “General-leytenant Arif Nəzər oğlu Heydərov iyunun 29-da 53 yaşında, xidməti vəzifəsini yerinə yetirərkən faciəli sürətdə həlak olmuşdur. Niyə faciəli surətdə? Hansı şəraitdə? Bu suallara cavab yoxdur. – İctimaiyyət üçün yoxdur. SSR-nin Daxili İşlər Naziri ilə Mərkəzi Komitənin bürosu qərara alır:” Arif Heydərovun dəfnini təşkil etmək üçün komissiya yaradılsın. Arif Heydərov Fəxri Xiyabanda dəfn olunsun..Dəfnin təşkili üçün bütün xərclər dövlət hesabına ödənilsin. ” Eyni məzmunlu qərar nazirlə birlikdə həlak olan general mayor Səlahiyyəddin Kazımov haqqında da qəbul edilir. Təfərrüatları öz əksini dövlət komissiyasının təqdim etdiyi arayışda tapır , bildirilir ki, Şuşa həbsxanasının təsərrüfat hissəsinin rəisi kapitan Ziya Muradov iyunun 29-da Bakı vağzalında qatardan düşür . Təxminən saat 9:15-də mülki geyimdə Daxili İşlər Nazirliyinə gəlir, xidməti vəsiqəsini göstərərək binaya daxil olur. Saat 9:30-da Daxili İşlər Nazirinin qəbul otağına gələrək nazirin böyük referenti podpolkovnik Səfixanovu makarov tipli tapançadan atəş açmaqla qətlə yetirir. Sonra nazirin kabinetinə daxil olaraq Arif Heydərovu və onun müavini Sovet İttifaqı Qəhrəmanı general Səlahəddin Kazımovu güllələyir və sonda özünü öldürür. Günün günorta çağı Daxili İşlər Nazirliyində baş verən bu amansızlığın səbəbi nədi ? Qətliamı törədən Muradov kimdir?Ziya Muradov 1949-cu ildə Qasım İsmayılov(Goranboy) rayonunda doğulmuşdu. Bir müddət rusiyada milis orqanlarında işləyib. 1975-ci ildə Şuşa həbsxanasına işə qəbul olunub . Hadisədən sonra araşdırma ilə məlum olur ki , Muradovun silah gəzdirməyə icazəsi olmadığı halda qaydaları pozaraq daim xidməti silah götürüb. Hadisədən bir gün əvvəl iyunun 28-də Muradov həbsxanaya ərzaq malları almaq üçün Yevlaxa getməli olur. Kömək üçün məhbuslardan birini də özü ilə götürür və elə bu səbəbdən də makarov tapança ilə silahlanır. Həmin gün axşam iş yerinə qayıdır . Məhkumu və ərzaq mallarını təhvil verir ,amma silahı yox. Elə həmin axşam qatarla Bakıya çıxır . Hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin birinci müavini Vısaçenko əmr imzalayır.Şuşa həbsxanasının rəisi Vladimir Qluqyan tutduğu vəzifədən azad edilsin və Daxili İşlər Nazirliyi orqanlarından qovulması barədə vəsadət qaldırılsın. Həbsxananın rəis müavini Dayandur İsmayılov da işdən azad olunur, daha bir neçə nəfər tutduğu vəzifədən kənarlaşdırırlar. Çoxları cəzalandırılır . İstintaq Ziya Muradovun ayrı-ayrı vaxtlarda qaydaları dəfələrlə pozduğunu , son vaxtlar içkiyə qurşandığını ,psixi problemləri olduğunu və s aydınlaşdırır. Eyni zamanda o da məlum olur ki , Ziya Muradov ailəsindən ayrı yaşadığı üçün dəfələrlə Daxili İşlər Nazirliyinə müraciət edib ki, onun işini ailəsinin yaşadığı yerə yaxın əraziyə dəyişsinlər. Lakin imtina gəlir. Növbəti ərizənin birində tədbir görülməsə xarici ölkə səfirliklərinə müraciət edəcəyini yazıb. Muradov muxtar vilayətin daxili işlər idarəsinin rəisinə yazıda son ərizəsində kobud və təhqiramiz formada qeyd edib ki, ya mənim iş yerimi dəyişin, ya da daxili işlər orqanlarından kənarlaşdırın. Bu ərizələr də cavabsız qalıb. İyulun 1-də Arif Heydərov fəxri xiyabanda torpağa tapşırılir. Mərasimində SSRİ daxili işlər naziri Şolukov və onun müavini Brejnevin kürəkəni Yuri Çurbanov da iştirak eləyir həyat isə davam edir…