Anası Messinin qələbəsinə belə sevindi

Baxılıb:169
Anası Messinin qələbəsinə belə sevindi

Dünya Çempionatının finalında Fransa yığmasını məğlub edən Argentinanın hücumçusu Lionel Messinin anası ilə qələbəni qeyd etdikləri anın görüntüləri yayılıb.

Futbolçunun anası Seliya Mariya Kuççittini meydançaya qaçaraq oğlunu qucaqlayıb və ağlayıb. Həmin görüntülər sosial şəbəkələrdə maraqla qarşılanaraq paylaşılıb.

Qeyd edək ki, Qətərdə keçirilən Dünya Çempionatında Argentina millisi Fransa yığmasını penaltilərlə məğlub edib və tarixində 3-cü dəfə dünya çempionu olub.


Abunəlik