Ağdamda siqaret istehsal ediləcək

Baxılıb:148
Ağdamda siqaret istehsal ediləcək

Azərbaycanda siqaret istehsalı ilə məşğul olan “Tabaterra” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 17-yə çatıb.

“Şirkət Parkın ərazisində investisiya dəyəri 40,5 milyon manat olan tütün məmulatlarının istehsalı müəssisəsi yaradacaq və 300 nəfəri işlə təmin edəcək. Bu layihə Qarabağda iqtisadi fəallığın və məşğulluğun artmasına töhfə verəcək”, – deyə M.Cabbarov qeyd edib.


Abunəlik