Adını doğrultmayan “İslam dövlətləri” – “Türkiyə ümid yerimizə çevrilib” – AÇIQLAMA

Baxılıb:319
Adını doğrultmayan “İslam dövlətləri” – “Türkiyə ümid yerimizə çevrilib” – AÇIQLAMA

Bu gün dünyada “müsəlmanların hüquqları” uğrunda mübarizə apardığını bəyan etmiş dövlətlər var.

Hazırda dünyanın siyasi xəritəsində bir neçə dövlərin adında “İslam” sözü də var. Lakin İslam ölkələri bu günə qədər birləşə, bir-birini müdafiə edə bilməyiblər, ya da buna maraq göstərməyiblər.

Bu gün dünya müsəlmanlarının hüquqlarını daha çox Türkiyə qoruyur. Türkiyə Kosovo, Qarabağ, Suriya məsələsində daim haqqı tapdalanan müsəlmanların hüquqlarını qoruyub və bu gün eyni istiqamətdə fəaliyyətini davam etdirir. Çində uyğurlar da təzyiqlərə məruz qalanda onlara Türkiyə sahib çıxır.

Bəs digər müsəlman ölkələri, xüsusilə də adında “İslam respublikası” yazılan dövlətlər niyə müsəlmanları müdafiə etmir? Məsələn, İran, Səudiyyə Ərəbistanı niyə heç vaxt uyğur türklərini müdafiə etmir?

AzTimes.az xəbər verir ki, Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli  açıqlamasında deyib ki, bir çox İslam ölkələri ədalətli deyil:

“Bəziləri elə başa düşür ki, İslam dövləti qurmaq üçün gərək mütləq şəriət qaydaları qoyasan, dünyəvilikdən imtina edəsən. Amma İslam fəlsəfəsinin dərinliyinə getsək, görərik ki, İslam dövləti qurmaq üçün nə şəriət qaydalarını tətbiq etməyə, nə də İslam Respublikası adlandırmağa ehtiyac yoxdur. İslam Respublikası olmadan da, şəriət qaydaları tətbiq etmədən də dövləti o qədər ədalətli idarə etmək olar ki, bu olaraq İslam dövlətidir. İndi Türkiyə dünyəvi sekulyar dövlət olaraq müsəlman ölkələrinin müdafiəçisinə çevrilib. Amma özlərini İslam dövləti adlandıranların özlərini bu rolda görmürük. Ümumiyyətlə, İran elə həmsərhəd olduğu bütün müsəlman ölkələri ilə problem yaşayır. Yalnız bir ölkə ilə yaxşı münasibətləri var, o da müsəlman ölkəsi deyil, Ermənistandır. Səudiyyə Ərəbistanda da eyni vəziyyətdir. Hazırkı şahzadə İslam ümmətinə yaraşmayan işlərlə məşğuldur. Səudiyyə özünü ABŞ-ın “for-postu” kimi aparır. Müsəlman ölkələrinə maneələr törədir. Ərəb ölkələrində o boyda milyardlar var, onunla bütün dünyanı tox saxlamaq olar. Amma təəssüf ki, onlar öz eyş-işrətlərinə xərcləyir o milyardları. Bu mənzərədə Türkiyənin sosial-iqtisadi, siyasi baxımdan müsəlmanların bir ümid yerinə çevrilib. Təsəvvür edin, İslam dünyasında Türkiyə kimi 10 ölkə olsaydı, nə gözəl olardı, müsəlman ölkələr nə qədər inkişaf edərdi. Amma təəssüf ki, bu rolda ancaq Türkiyəni görürük. Pakistan da müəyyən dəstək göstərir, amma bu ölkənin özünün hələ ciddi problemləri var. Pakistanda iqtidar tam istənilən səviyyədə olmadığı üçün onları Türkiyə rolunda görə bilmirik. Amma yenə də Pakistan da İranla, Səudiyyə Ərəbistanı ilə müqayisədə müsbət mənada irəlidədir”.

Ə.Məmmədli tanınmış İslam alimindən sitat gətirib:

“Ədalətsiz müsəlman hökmdarının rəhbərliyi altında yaşamaqdansa, kafir olan ədalətli hökmdarın rəhbərliyi altında yaşamaq daha yaxşıdır”.

Politoloq hesab edir, islam dövləti haqq-ədalətin yanında omalıdır:

“Ədalətli olmaq lazımdır. Sən özünü müsəlman adlandırırsansa, ilk növbədə ədalətli olmalısan. Ədalətsiz olacaqsansa, nə qədər özünü müsəlman adlandırsan da, ölkənin adını İslam Respublikası qoyacaqsansa, şərait qanunları ilə dövlət idarə et, bütün bunlar kağız parçasından o tərəfə getməyəcək”.(cebheinfo)


Abunəlik