Ziyad Səmədzadəyə “qazan aksiyası”-VİDEO
Nəsimi-Səbail seçki dairəsindən deputat olan Ziyad Səmədzadəyə bir müddət öncə seçicisi Nəsimi Dadaşov iqtisadi durumunun bərbad olması səbəbindən jurnalist Pərvin Abışova vasitəsilə ona müraciət etmişdi.
AzTimes.az xəbər verir ki, jurnalist deputatın köməkçisi Firuzəxanım Qəribova ilə əlaqə saxlamışdı. Deputatın köməkçisi öncə Ziyad Səmədzadənin karantində olduğunu qeyd edərək, məsələ ilə məşğul olacağına söz vermişdi.
Daha sonra Ziyad Səmədzadə kütləvi informasiya vasitələrinə açıqlama verib dedi ki, bu məlumat yalandır.
Daha sonra AzTimes.az-ın rəhbəri Pərvin Abışova iqtisadi durumunu zəif olan Nəsimi Dadaşov ilə əlaqə saxlayıb. O, bildirib ki, Ziyad Səmədzadə nəinki ona dəstək olub, heç maraqlanmayıb da.
Bu səbəbdən də Nəsimi Dadaşov övladları ilə birlikdə “Qazan aksiyası” keçirib:
Ailənin durumu barədə xəbər tutan Milli Məclisin deputatı Məlahət İbrahimqızı hadisəyə dərhal reaksiya verib, ailəyə ərzaq yardımı olub.